Nümayəndəlik haqqında

Compressed file

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) Bakı şəhərində 2009-cu ilin mart ayından etibarən fəaliyyət göstərir. 2011-ci ilin yanvar ayında RİMM-in yeni binasının açılışı olub. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəldilib.  Rus və Rusiya Federasiyasının digər xalqlarının tarixi və mədəniyyəti, mədəni, elmi və iqtisadi potensialı ilə ictimaiyyəti tanış etmək, Azərbaycanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, rus dilinin öyrənilməsinə yardım etmək, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq Mərkəzin məqsədlərindəndir.  

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bazasında Rus dili tədrisinin  metodiki mərkəzi; B.N.Yeltsin adına Prezident kitabxanasının elektron oxu zalı;   “Rus muzeyi: virtual filial” İnformasiya və təhsil mərkəzi; İnnovativ əməkdaşlıq Mərkəzi; Xaricdə yaşayan həmvətənlərin Rusiya Federasiyasına könüllü köçməsinə yardım Dövlət proqramının izahı ilə bağlı İnformasiya və konsultasiya Mərkəzi fəaliyyət göstərir.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi sərgi, kinokonsert, konfrans zallarına, kitabxanaya, tədris otaqlarına, bədii yaradıcılıq studiyasına malikdir.

Nümayəndə: DENİSOV Valentin Petroviç

Telefon: + (994) 12 496-4500, + (994) 12 496-4800

Telefon/faks: + (994) 12 496-4400

Elektron ünvan: riccbaku@gmail.com

Ünvan: AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 20 (kv.1178)