Mədəniyyət

Compressed file

Hər bir xalqın mədəniyyətinin unikallığı onun yalnız fərqləndirici nişanı deyil, həmçinin ümumbəşəri sivilizasiyanın mədəni rəngarəngliyinin fenomenini təşkil edir. Rusiya mədəniyyəti də ümümbəşəri sivilizasiyanın ayrılmaz hissəsidir.

Rusiya çox böyük mədəni irsə və çoxəsrli mədəni ənənələrə malik ölkədir. Ölkəmizin tarixi və çoğrafi xüsusiyyətləri onu tərkibində bir-birini tamamlayaraq, inkişaf edən müxtəlif mədəniyyətlərə malik dövlət kimi inkişaf etdirmişdir.  Rus mədəniyyətininməhz bu xüsusiyyəti əsrlər boyu sehrli “rus ruhunu” anlamağa çalışan xariciləri cəlb edir. 

Rusiyanın ədəbiyyat, musiqi, balet, teatr, təsviri incəsənət sahələrində əldə etdiyi nailiyyətlər bütün dünyada tanınıb.  

Rus ədəbiyyatı nəinki xalqın estetik, əxlaqi, mənəvi dəyərlərini əks edir, o, insan xarakterlərinin təsvirində dərin psixologizmlə fərqlənir. A.S.Puşkinin, F.M.Dostoyevskinin, L.N.Tolstoyun, A.P.Çexovun, S.A.Yeseninin əsərləri dünya ədəbiyyatının qiymətsiz nümunələrinə çevrilib.  

Rus klassik musiqisi dünyaya P.İ.Çaykovski, M.İ.Qlinka, C.V.Raxmaninov, İ.F.Stravinski, S.S.Prokofyev, D.D.Şostakoviç kimi adlar bəxş edib.

 Rus təsviri incəsənətini bir çox rəssamlar tanıdıb, o cümlədən V.A.Serov, V.İ.Surikov, V.M.Vasnetsov, A.A.İvanov, K.Z.Maleviç, M.Z.Şaqal. Onların rəsm əsərləri beynəlxalq sərgilərin arzuolunan iştirakçılarıdır.  

Rus teatr və balet məktəbi bütün dünyada nüfuza malikdir. “K.S.Stanislavski” sistemi ilə bir çox teatr və kino aktyorları çalışırlar. Rusiyada Mariinski Teatrı, Böyük və Kiçik Teatlar kimi dünya şöhrətli teatrlar fəaliyyət göstərir. Q.S.Ulanova, M.M.Plisetskaya, R.X.Nuriyev, M.N.Barışnikov rus baletini bütün dünyada tanıdıblar. Sergey Dyaqilevin “Rus sezonları”, sonralar isə “Rus baleti” həmişə tam zallar toplayıb, mədəniyyət aləmində möhtəşəm hadisələrdən biri olub. Operanın dünya tarixinə F.İ.Şalyapin, S.Y.Lemeşev, Q.P.Vişnevskaya kimi adlar yazılıb.

Rusiya kinematoqrafı yarandığı andan ölkədə və dünyada baş verən tarixi proseslərlə əlaqəli olub. Bir çox kinolentlər Kinematoqraf Sənəti və Elmi Akademiyasının Premiyası (“Oskar”), Beynəlxalq Kann Festivalının premiyaları  kimi mükafatlara layiq görülüb.S.M.Eyzenşteynin “Bronenosets “Potyomkin””, Q.V.Aleksandrovun “Vesyolıye rebyata”, İ.A.Pıryevin “Svinarka i pastux”, S.F.Bandarçukun “Hərb və sülh”, M.K.Kalatozovun “Letyat juravli”, A.A.Tartakovskinin “Solyaris”, V.V.Menşovun “Moskva slezam ne verit”, N.S.Mixalkovun “Utomlennıye solntsem”, P.S.Lunqinin “Ostrov”, A.K.Kottun “Brestskaya krepost” kimi filmləri dünya kinosunun klassikasına çevrilib.

Rusiya mədəni irsinin onun hüdudlarından kənarda təqdim etmək, mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa köməklik göstərmək Rossotrudniçestvo fəaliyyətinin istiqamətlərindən biridir.

Rossotrudniçestvo Rusiya Federasiyasının beynəlxalq mədəni-humanitar əməkdaşlıq sahəsində siyasətinin əsas istiqamətlərinə uyğunbeynəlxalq layihələri dəstəkləyir və həyata keçirir.  

Agentliyin dünyanın 80 ölkəsində Rusiya və Rusiya mədəniyyəti ilə fəal maraqlanan hər bir kəsə qapılarını açan 93 nümayəndəliyi fəaliyyət göstərir. Rusiya elm və mədəniyyət mərkəzləri bazasında mütəmadi olaraq Rusiya xalqları mədəniyyətinin populyarlaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər keçirilir, məsələn, Rusiya folklor, musiqi və rəqs kollektivlərinin konsertləri; tanınmış Rusiya mədəniyyət xadimləri ilə yaradıcı görüşlər; müasir rəssəmların sərgiləri; Rusiya muzeylərinin arxiv materiallarının mövzulu fotosərgiləri; ölkə kinematoqrafiyasının son nailiyyətlərinin kino nümayişləri; böyüklər və uşaqlar üçün Rusiya teatrlarının tamaşaları.

Rossotrudniçestvo xarici ölkələrlə Rusiyanın Çarpaz illərində fəal iştirak edir, Rusiya tarixinin əlamətdar hadisələrinə həsr olunmuş bir sıra tədbirlər keçirir.