Compressed file

Xaricdə rus dilinin inkişafı və ona dəstək Rusiyanın digər ölkələrlə beynəlxalq mədəni-humanitar əməkdaşlığının genişlənməsində vacib vasitələrdən biridir.

Rus dili dünyada bu dildə danışanların sayına görə 6-cı (ingilis, çin, hindi, ispan, ərəb dillərindən sonra), yayılma dərəcəsinə görə isə 8-ci yerdədir (çin, ispan, ingilis, ərəb, hindi, benqal və portuqal dillərindən sonra).

İnternetdə istifadəsinə görə rus dili 2-ci yerdədir. Rus dili dünyada ən çox tərcümə olunan dildir. Bir çox kitabların digər dillərə tərcümə olunmasına görə rus dili 7-ci yerdədir. Rus dilindən digər dillərə tərcümələrin sayına görə isə rus dili 4-cü yerdədir.

Rus dili Rusiyada, Belorusiyada dövlət və rəsmi, Qazaxstan, Qırğızıstan, Tacikistan, Özbəyistanda isə idarələrin rəsmi dili statusundadır. 

Rus dili bir sıra beynəlxalq təşkilatların rəsmi və ya işçi dilidir: BMT və onun bəzi təşkilatları, ŞƏT, ATƏT, MDB, AİC, ADS, KTMT, İSO, VİM, QUAM, QX və QACBF.

Hal-hazırda 146 mln Rusiya Federasiyası vətəndaşı və 127 mlv xarici vətəndaş rus dilində danışır. Belə ki, Ukraynada– 36 mln, Qazaxstanda– 13,5 mln, Özbəyistanda– 11,8 mln, Belorusiyada– 9,3 mln, Polşada– 5,5 mln, Almaniyada– 5,4 mln, Azərbaycanda– 4,9 mln, ABŞ-da– 3,5 mln, Qırğızıstanda– 2,7 mln, Tacikistanda– 2,5 mln, Gürcüstanda– 2,4mln, Ermənistanda– 2,1 mln, Bolqarıstan və Çexiyada – hər iki ölkədə 2 mln, Estoniyada– 1,95 mln, Latviyada– 1,8 mln, Moldaviyada– 1,7 mln, Serbiyada– 1,4 mln, Slovakiya və Litvada – hər iki ölkədə 1,3 mln, Monqolustanda– 1,2 mln, İzraildə– 1 mln, Türkmənistanda– 0,9 mln, Çində– 0,7 mln, Pridnestrovyedə– 0,5 mln, Abxaziyada– 0,45 mln insan rus dilində danışır. Bundan başqa rus dilində danışanlar Kanada, Avstraliya və Yeni Zellandiyada– 4,1 mln, Asiyada– 2,7 mln, Yaxın Şərq və Şimali Amerikada– 1,3 mln, Latın Amerikasında– 0,2 mln, Afrikada, Saxaradan cənuba doğru– 0,1 mln təşkil edir.

Çoxları rus dilini Rusiyada təhsil almaq, işləmək üçün öyrənir. Rus dilini bilərək, insan Rusiya biznes tərəfdaşları ilə ünsiyyət qura, və ya xaricdə fəaliyyət göstərən Rusiya şirkətində işləyə bilər.

Rossotrudniçestvo nümayəndəlikləri dünyanın 58 ölkəsində nəzdində fəaliyyət göstərən Rusiaya elm və mədəniyyət mərkəzlərində rus dilinin tədrisinisistemli şəkildə həyata keçirir.

Kursların sosial və professional istiqamətləndirilməsinə, təhsilin müxtəlif məqsədli auditoriyalara yönəldilməsinə (dövlət idarələri və xidmətləri, bank, turizm firmalarının əməkdaşları, xaricdə yaşayan həmvətənlərin övladları və qarışıq nigahlardan olan uşaqlar) xüsusi diqqət yetirilir.

Həmçinin Rossotrudniçestvo və onun xarici nümayəndəlikləri hər il rus dilinin populyarlaşdırılmasına, xarici vətəndaşların rus dilini öyrənməyə marağının stimullaşdırılmasına və nümayəndəliklərin yerləşdiyi ölkədə rus dili tədrisi səviyyəsinin yüksəldilməsinə yönəldilmiş mədəni-maarifləndirici, təhsil və elmi-metodiki tədbirlər keçirir.