Bakıda Pasxa Xeyriyyə bazarı açıldı. Fotoreportaj

Compressed file
RİMM-də Pasxa bazarı
Murad Qattal

Cari ilin 6 aprel tarixində Bakıdakı Rusiya və İnformasiya Mərkəzində (RİMM) VII Pasxa Xeyriyyə bazarı açıldı. Tədbir Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi və Rus Pravoslav Kilsənin Bakı-Azərbaycan yeparxiyası tərəfindən təşkil olunmuşdur. 

Açılışda diplomatik korpusun, nazirliklərin, idarələrin nümayəndələri, Azərbaycan Milli məclisinin deputatları, təhsil və mədəniyyət xadimləri, müxtəlif etiqad ruhaniləri, iş adamları, həmvətənlər iştirak etdilər. Rossotrudniçestvonun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycan Respublikasında Rusiya Səfirliyinin müşaviri Artyom Barkov, Bakının və Azərbaycanın baş keşişi Aleksandr, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova tədbir iştirakçılarını salamladılar.

Pasxa bazarı iki gün ərzində keçiriləcək. Hər il bura çoxlu sayda insanlar gəlir, xalq cənət ustalarının hazırladıqları pasxa hədiyyələrini alırlar.

Birinci gün xeyriyyə lotoreyası keçirildi.

Pasxa Xeyriyyə bazarında əldə olunan vəsaitin hamısı valideyn himayəsindən məhrum olmuş uşaqların tələbatlarının ödənilməsinə yönəldiləcək.

 

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file