Rus dili bilik yarışları Qax və Qəbələdə keçirildi. Fotoreportaj

Compressed file
Rus dili bilik yarışlarının rayon turu Qəbələ şəhərində keçirildi.
Olesya Alenina

Cari ilin 21 aprel tarixində Qax şəhəri E.Babayev adına 4 saylı orta məktəbdə və 22 aprel tarixində Qəbələ şəhəri Ş.Buqədirov adına 5 saylı orta məktəbdə IX Respublika rus dili bilik yarışlarının növbəti turları keçirildi.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Qax rayon Təhsil şöbəsinin müavini Babək Heydərov, Qax rayon Təhsil şöbəsinin Metodik kabinetinin rəhbəri Günay Mahmudova, Qəbələ rayon Təhsil şöbəsinin Metodik kabinetinin rəhbəri Arifə Bayramova, Qax şəhər E.Babayev adına 4 saylı məktəbin direktoru Sultan Hacıyev, Qax şəhər 3 saylı məktəbin direktoru Qalina Şəfiyeva, Qəbələ şəhər 5 saylı orta məktəbin direktoru Zərnişan Əlimirzəyeva və Qəbələ rayonu Nic qəsəbəsi 1 saylı orta məktəin direktoru Sergey Dallari Olimpiada iştirakçılarını salamladılar.

Bilik yarışlarının iki rayon turunda Balakən, Qəbələ, Qax, Zaqatala, Oğuz və Şəki rayonların 26 məktəbindən olan şagirdləri iştirak etdilər.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Olimpiadanın rayon turlarının keçirilməsində göstərdikləri köməyə görə Qax və Qəbələ rayon İcra Hakimiyyətlərinə öz minnətdarlığını bildirdi.

O, Qax şəhər 4 saylı orta məktəbə və Qəbələ şəhər 5 saylı orta məktəbə rus dilindən tədris ədəbiyyatı komplektlərini təqdim etdi.

Bilik yarışlarının bütün iştirakçılarına Kosmonavtika gününə və  Böyük vətən müharibəsində Qələbə gününə həsr olunmuş açıqçalar təqdim olundu.

Bilik yarışları Rusiya Səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyası tərərəfindən təşkil olunmuşdur.

Bilik yarışlarının növbəti turu cari ilin 28 aprel tarixində Naxçıvan şəhərində keçiriləcək.

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file