Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində müharibə və əmək veteranları ilə görüş keçirildi

Compressed file
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş veteranlarla görüş keçirildi
Murad Qattal

Cari ilin 8 may tarixində Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) müharibə və əmək veteranları ilə görüş keçirildi. Görüş sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 72-ci ildönümünə həsr olunmuşdu.

“Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyinin aparıcı mütəxəssisi Hacımurad Atmurzayev veteranları salamladı. Sonra qonaqlar Qələbənin 72-ci ildönümünə həsr olunmuş fotosərgi və uşaq rəsmlərinə baxış keçirdilər.

RİMM-in konsert zalında toplaşmış məktəb şagirdləri, tələbələr, həmvətənlər, müxbirlər, veteranlar qarşısında Böyük Vətən müharibəsi veteranı, hərbi müxbir, həmişəlik qulluqdan çıxmış 1-ci dərəcəli kapitan, Azərbaycan müharibə veteranları bölməsinin sədr müavini Aleksandr Qritçenko çıxış etdi. O, öz hərbi yolundan, ağır müharibə illərindən, Qələbənin bütün bəşəriyyət üçün kəsb etdiyi əhəmiyyətdən söhbət açdı.

“Günay” uşaq teatr-studiyasının (rəhbər Lyudmila Tarusova) gənc artistləri “Yaddaş” adlı bədii-müsiqili kompozisiya ilə çıxış etdilər.

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file