Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Cənclər Günü qeyd olundu

Compressed file
RİMM-də Azərbaycan Gənclər Günü qeyd olundu

1 fevral 2019-cu il tarixdə Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində gənc istedadların konserti keçirildi. Konsert 2 fevral 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin I forumunun keçirilməsi ilə bağlı hər il 2 fevral tarixində qeyd olunan Azərbaycan Gənclər gününə həsr olunmuşdur.

Konsertdə Azərbaycanın əməkdar artisti Rəna Əliyeva, Bakı Musiqi Akademiyasının tələbələri Aydan Cəfərova, Mədinə Ağayeva, Günel İmanova, Gülnaz Eldarlı, Ruslan Persan, Fidan Mirheydərzadə, İsmayıl Cəfərov, Gülnar Hacıyeva, Adilə Nuruzadə, Leyla Cavadova, Aminat Əhmədova, Əzizə Ələkbərli, Füruzə Bəylərova, Emil İsmayılov və Bakı Musiqi Akademiyasının müəllimi Alyona İnyakina çıxış etdilər.

Konserti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Aleksandr Hacıyevski aparırdı.

Tədbirdə tələbələr, gənclər birliklərinin və həmvətənlər təşkilatlarının nümayəndələri iştirak etdilər.

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file