2019-cu ilin 4 fevral tarixində Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Stalinqrad uğrunda döyüşlərinin bitməsinin 76 illiyinə həsr olunmuş fotosərginin açılışı olub.
2 fevral 1943-cü il tarixdə Böyük Vətən müharibəsinin böyük döyüşü bitdi. Volqa çayı sahilində faşist ordularının hücumu tamamilə dayandırıldı, və bəşəriyyətin ən dəhşətli savaşında əsaslı dönüş baş verdi.
Ekspozisiyaya Böyük Vətən müharibəsinin Mərkəzi muzeyi (Moskva) tərəfindən təqdim olunmuş fotoşəkillər daxil idi.