9 fevral 2019-cu il tarixində Arif Hüseynzadə adına 20 nömrəli liseydə rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadasının növbəti turu keçirildi. Olimpiada turunda Bakı şəhərinin Qaradağ, Səbail və Yasamal rayonlarının 33 təhsil müəssisəsinin şagirdləri iştirak etdilər.
Olimpiadanı Rusiya Səfirliyi və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası təşkil edir. Onun informasiya tərəfdaşları “İnterfaks-Azərbaycan” və “Sputnik Azərbaycan” agentlikləridir.
İştirakçıları "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rəhman Baxşəliyev, 20 nömrəli liseyin direktoru Səadət Veysova və Azərbaycanın Rusdilli Məktəblərin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunin salamladılar.
Məktəb-Liseyin şagirdləri olimpiada iştirakçılarına və qonaqlarına ədəbi-musiqili kompozisiya təqdim etdilər.