15 fevral 2019-cu il tarixdə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Məkəzində Bakı Gənc Poeziya Sevərləri klubu və Bakı Musiqi Akademiyası ilə birlikdə rus romansı gecəsi keçirilmişdir.
Gecənin qonaqlarını Rossotrudniçestvonun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Valentin Denisov salamladı.
Bakı Gənc Poeziya Sevərləri klubunun üzvü “CBC” kanalının aparıcı müxbiri Leyla Qurbanova rus romansının musiqi janrı kimi tarixindən danışdı.
Gecədə Bakı Gənc Poeziya Sevərləri klubunun üzvləri Lalə Hüseynova, Nərminə Aslanova, Eldar Canişvili, Kamran Kazımi, Bakı musiqi Akademiyasının tələbələri Leyla Cavadova, Ruslan Persan, BMA baş müəllimi Alyona İnyakina və Azərbaycan Respublikasının əməkdar artisti Rəna Əliyeva iştirak etdilər.
Yaradıcı gecədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Əlahiddə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov xanımı ilə və həmvətənlilər yaradıcı ittifaq və təşkilatlarının nümayəndələri, Azərbayc anın ali təhsil müəssisələrinin tələbələri iştirak etdilər.