2019-cu ilin 20 fevral tarixində Bakı şəhəri 27 saylı orta məktəbdə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində rus və sovet monumentalisti və rəssamı Andrey Vasnetsovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Andrey Vasnetsovun həyat və yaradıcılığı” mövzusunda açıq dərs keçirildi. Dərsi kulturoloq Sara Cavadzadə keçirdi. Dərsdə Azərbaycanın Rusdilli Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak etdi.