Sumqayıtda rus dili və ədəbiyyatı fənnindən olimpiada keçirilib. Fotoreportaj

Compressed file
Sumqayıt şəhər 11 nömrəli məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə Olimpiadası keçirildi
Olesya Alenina

23 fevral 2019-cu il tarixdə Sumqayıt şəhər 11 nömrəli məktəbdə (direktor İlahə Qasımlı) rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika Olimpiadasının növbəti turu keçirildi.
Olimpiada turunda Sumqayıt şəhəri və Abşeron rayonu 45 təhsil müəssisəsinin 7-8 sinif şagirdləri iştirak etdilər.
Olimpiadanın təşkilatçıları Rusiya Səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.
İnformasiya tərəfdaşları “İnterfaks-Azərbaycan” və “Sputnik Azərbaycan” informasiya agentlikləridir.
"Rossotrudniçestvo" nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Əlizadə, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının sədri Lyubov Yakunin olimpiada iştirakçılarını salamladılar.
Olimpiadada Bakıdakı Rus Məlumat və Mədəniyyət Mərkəzinin təhsil proqramlarının əlaqələndiricisi Oles Alenina iştirak etmişdir.
11 nömrəli məktəbin şagirdləri rus dilində ədəbi-musiqi kompozisiya təqdim etdilər.
"Rossotrudniçestvo" nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov məktəbin kitabxanasına rus dilində tədris, metodik və bədii ədəbiyyat hədiyyə etdi.
Olimpiadanın növbəti turları 28 fevral, 1 və 2 mart tarixlərində Ağstafa, Şəmkir və Gəncə şəhərlərində keçiriləcəkdir.
 

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file