Bakıda “Qanadlı sözün sehrbazı” adlı ədəbi oxu keçirildi

Compressed file
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Qanadlı sözün sehrbazı” adlı ədəbi oxu keçirildi
Pavel Qnusaryov

27 Fevral 2019-cu il tarixdə, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “Ədəbi məclislər” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında rus yazıçısı, şairi, fabulist İvan Krylovun anadan olmasının 250 illik yubileyi münasibətilə “Qanadlı sözün sehrbazı” adlı ədəbi oxu keçirildi.

Görüşün iştirakçıları F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, Bakı şəhər 95, 151, 46, 42 nömrəli məktəblərin 20 nömrəli lisey, Bakı Avropa Liseyi və Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin müəllimləri və şagirdləri idi.

Məktəblilər arasında İvan Krylovun təmsillərinə həsr olunmuş viktorina keçirildi, qaliblər RİMM tərəfindən kitablar hədiyyə olundu.

Compressed file
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Qanadlı sözün sehrbazı” adlı ədəbi oxu keçirildi
Pavel Qnusaryov