Cari ilin 6 və 7 mart tarixlərində Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus xalq bayramı Maslenitsaya həsr olunmuş bayram tədbirləri keçirilirdi. Məlum olduğu kimi, bu bayram Pasxa qabağı böyük Postdan öncə gəlir.
Ondan bir gün öncə Bakı və Azərbaycanın Arxiyepiskopu Aleksandr RİMM-də olmuşdur. O, Rossotrudniçestvonun Azərbaycandakı Nümayəndəliyinin və «RussianBusinessGuide» Rusiya jurnalının təşkilatçılığı ilə keçirilən “Moskva – Bakı. Qadın baxışı” fotosərgisində iştirak etmişdir.