Rus dili olimpiadası Mingəçevir və Yevlax şəhərlərində keçirildi. Fotoreportaj

Compressed file

15 və 16 mart 2019-cu il tarixdə Mingəçevir şəhərindəki R.Muradov adına Texniki-Humanitar Liseydə (direktor Nailə Mamedova) və Yevlax şəhərinin M.Ə.Sabir adına 2 saylı məktəbdə (direktor Sədaqət Şükürova) rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika Olimpiadasının növbəti iki regional turu keçirildi.
Olimpiada turunda Ağcabədi, Bərdə, Beyləqan, Yevlax, Zərdab, Tər-Tər rayonlarının və Mingəçevir şəhərinin 43 təhsil müəssisəsinin 7-8 sinif şagirdləri iştirak etdilər.
Məlum olduğu kimi, olimpiadanın təşkilatçıları Rusiyanın Səfirliyi və “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasıdır.
Respublika olimpiadasının rəsmi tərəfdaşları “İnterfaks-Azərbaycan” və “Sputnik Azərbaycan” informasiya agentlikləridir. Qeyd etmək lazımdır ki, bir çox Azərbaycan və Rusiya mediası Respublika olimpiadasının gedişatını fəal şəkildə işıqlandırır.
"Rossotrudniçestvo" nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Səid Məmmədov, Yevlax Rayon Təhsil Şöbəsinin Metodik kabinetin müdiri Xaləddin Nifteliyev və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının sədri Lyubov Yakunina olimpiada iştirakçılarını salamladılar.
Texniki-Humanitar Liseyin və 2 nömrəli məktəbin şagirdləri olimpiada iştirakçılarına və qonaqlarına İmadəddin Nəsiminin və Aleksandr Puşkinin əsərləri əsasında ədəbi-musiqili kompozisiya təqdim etdilər. 2019-cu il Azərbaycanda Nəsimi ili elan edilmişdir və iyunun 6-da Aleksandr Puşkinin 220 illik yubileyi qeyd olunacaq.
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təhsil proqramlarının koordinatoru Olesya Alenina və Olimpiadada iştirak edən bölgələrin təhsil şöbələrinin nümayəndələri regional turların təşkilində iştirak etdilər.
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov lisey və məktəb kitabxanalarına rus dilində tədris, metodik və bədii ədəbiyyat hədiyyə etmişdir.
Olimpiadanın növbəti turu 29 mart tarixində Xaçmaz şəhərində keçiriləcək.
 

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file