Bakıda “Bahar süjetləri” fotomüsabiqənin qalibləri nükafatlandırıldı

Compressed file
RİMM-də “Bahar süjetləri” fotomüsabiqənin qalibləri nükafatlandırıldı
Pavel Qnusaryov

 

2019-cu ilin 18 mart tarixində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Bahar süjetləri” XI Həvəskar fotoşəkil müsabiqəsinə təqdim olunmuş ən yaxşı işlərin sərgisi açılıb. Rossotrudniçestvonun Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il keçirilən bu müsabiqə Beynəlxalq Qadınlar günü və Novruz bayramına həsr olunur.

Azərbaycan Fotoqraflar İttifaqının üzvü Rüstəm Hüseynovun başçılığı ilə Münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən etdi.

Rossotrudniçestvo Nümayəndəliyinin rəhbəri Valentin Denisov və Rüstəm Hüseynov müsabiqənin qalibləri Bakı şəhəri 27 saylı orta məktəbin şagirdləri Aydan Yaqubovaya və Mələk Bağırovaya və Bakı Dövlət Universitetinin tələbəsi Səma Məstəliyevaya diplomlar təqdim etdilər. Bakı Slavyan Universitetinin tələbəsi Kristina Mamedova “Orijinal ideya” nominasiyasında qalib oldu.

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file