Bakı məktəbliləri Novruzu qeyd edirlər

Compressed file
Bakı şəhəri 11 nömrəli internat məktəbdə Novruza həsr olunmuş bayram tədbiri keçirildi
Yelena Şişkalova

18 mart 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndindəki 11 nömrəli inteqrasiya təhsilli internat məktəbində Novruza həsr olunmuş bayram tədbiri keçirildi. Bu tədbir Rossotrudniçestvo şirkətinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin iştirakı ilə təşkil edilmişdir.
İştirakçıları və qonaqları 11 nömrəli internat məktəbinin direktoru Gülnarə Abdullayeva salamladı.
İbtidai sinif şagirdləri bayram şerləri və mahnılarını səsləndirdilər, Abdulla Şaiqin "Tıq-Tıq xanım" tamaşasından və "Yallı" xalq rəqsindən bir parça təqdim etdilər. Bir sıra çıxışlar rus dilində oldu.
Bayramın qonaqları arasında “Rossotrudniçestvo” Azərbaycandakı nümayəndəliyinin baş mütəxəssisi Yelena Şişkalova, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının sədri Lyubov Yakunina və Azərbaycan Rus İcması sədrinin müavini Boris Voronin var idi.
Cari ilin 19 mart tarixində Azərbaycanın bir çox təhsil müəssisələrində Novruza həsr olunmuş bayramşənlikləri keçirilmişdir.
 

Compressed file Compressed file Compressed file Compressed file