Bakıda Azərbaycan Gəncləri günü qeyd edildi. Fotoreportaj

Compressed file
RİMM-də Azərbaycan Gəncləri gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Murad Qattal

Cari ilin 2 fevral tarixində Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində  (RİMM) Azərbaycan Gəncləri gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Bu bayram 20 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsis edilmişdir.

Bu gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin qonaqları Bakı şəhəri ali məktəblərinin tələbələri, ictimai gənclər təşkilatlarının nümayəndələri, gənc həmvətənlər olmuşdular.

Giriş sözü ilə “Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış etdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri (rektor Fərəh Əliyeva) konsert proqramı ilə çıxış etdilər. Proqrama Azərbaycan, Rusiya və xarici bəstəkarların klassik əsərləri, Azərbaycan, rus və ingilis dillərində səslənən mahnılar daxil idi.

Bayram görüşünü Bakı şəhəri 271 saylı orta məktəbin şagirdi Gülmira Məmmədova aparırdı.

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file