Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiya diplomatlarının ixtisas bayramı - Diplomatik işçi gününə həsr olunmuş sərgi açıldı. Fotoreportaj

Compressed file
RİMM-də Rusiya diplomatlarının ixtisas bayramı - Diplomatik işçi gününə həsr olunmuş sərgi açıldı
Murad Qattal

Cari ilin 8 fevral tarixində,  Diplomatik işçi günü ərəfəsində, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində bu bayrama həsr olunmuş fotosərgi açıldı.

Diplomatik işçi günü 31 oktyabr 2002-ci ildə Rusiya Federasiyası Prezidentinin əmri ilə təsis edilmişdir.

Fotosərgidə Rusiya-Azərbaycan münasibətlərində vacib hadisələri əks edən fotosənədlər təqdim edilmişdir.

İlk olaraq sərgiyə Bakı tələbələri və şagirdləri, bir sıra diplomatik nümayəndəliklərin əməkdaşları gəlmişdirlər.

Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov sərgiyə gələnləri təbrik nitqi ilə salamlamışdır.

Sərgi 17 fevral tarixinə kimi saat 11:00-dan 16:00-a qədər işləyəcək. Ünvan: Bakı şəhəri, Xocalı pr-ti, 20 (“Xətai” metro stansiyası).

Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file Compressed file